Bank Of Baku

Azərbaycan UNESCAP-ın toplantısında iştirak edəcək

Azərbaycan UNESCAP-ın toplantısında iştirak edəcək
# 17 noyabr 2008 12:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu ilin noyabrın 20-21-də Banqkoqda (Tailand) BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) İnformasiya və Kommunikasiya Texnologiyaları Komitəsinin ilk iclası keçiriləcək. İclasda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi də iştirak edəcək.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Asiya və Sakit okean regionunda informasiya texnologiyaları sahəsinin cari vəziyyəti, tətbiqi və inkişafı barədə müzakirələr aparılacaq, məruzələr dinləniləcək. Bununla yanaşı, tərəflər regionda bu sahədə yeni layihələrin həyata keçirilməsinin mümkünlüyü barədə fikir mübadiləsi aparacaqlar.
İclasdan əvvəl, noyabrın 18-19-da isə işçi qrupun ekspertlərinin iclasının keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR