Bank Of Baku

«Azercell Telecom» və «Belgium Mobile» şirkətləri arasında beynəlxalq MMS xidməti istifadəyə verilib

«Azercell Telecom» və «Belgium Mobile» şirkətləri arasında beynəlxalq MMS xidməti istifadəyə verilib
# 18 noyabr 2008 13:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti beynəlxalq MMS rouminq əhatəsini genişləndirib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Azercell» Belçikanın «Belgium Mobile» mobil rabitə şirkəti ilə beynəlxalq MMS xidmətini istifadəyə verib. Hazırda «Azercell Telecom» 38 mobil şəbəkə operatoru ilə 34 ölkədə MMS xidmətinə qoşulub.
Xatırladaq ki, 1996-cı ildən fəaliyyət göstərən «Azercell Telecom» şirkətinin abunəçilərinin sayı hazırda 3,5 mln. təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR