Bank Of Baku

Azərbaycan MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının Kiyev toplantısında təmsil olunacaq

Azərbaycan MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının Kiyev toplantısında təmsil olunacaq
# 18 noyabr 2008 13:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan nümayəndə heyəti MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının noyabrın 20-21-də Kiyevdə (Ukrayna) keçiriləcək 49-cu toplantısında iştirak edəcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Dəmir Yolunun mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib.
Yığıncaqda Şuranın 48-ci iclasının qərarlarının yerinə yetirilməsi və 2008-ci ilin 9 ayı ərzində dəmir yolları şəbəkəsində istismar işlərinin yekunları haqqında, yük vaqonlarının siyahıya alınmasının nəticələri və 2008-ci il üçün konteynerlərin qabaqcadan siyahıyaalma məlumatları, 2009-2010-cu illər üçün qatarların hərəkət cədvəli, 2009-cu il üçün beynəlxalq istiqamətdə yük qatarları üzrə tarif siyasəti, beynəlxalq istiqamətdə sərnişin daşıma prosesinin yaxşılaşdırılması tədbirləri, 2008-ci ildə dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmaların nəticələri müzakirə ediləcək.
Bundan başqa, dəmir yolu administrasiyalarının rəhbərləri 2008-ci ildə Direktorlar Şurasının fəaliyyətinin təmin olunması məqsədi ilə smetanın yerinə yetirilməsi, maye halında olan yüklərin vaqon-sistem və bunker tipli vaqonlarla daşınması qaydalarının layihəsi, MDB ölkləri, Latviya, Litva və Estoniyaya məxsus yük vaqonlarının istismar müddətinin uzadılması, səhiyyə sahəsində dəmir yolu administrasiyalarının qarşılıqlı əməkdaşlıq komissiyası haqqında məsələlər ətrafında da müzakirələr aparacaqlar.
Həmçinin, «Rusiya Dəmir Yolları» ASC-nin Hesablama Mərkəzi də daxil olmaqla, 2009-cu ildə dəmir yolu administrasiyalarının hesablama-informasiya mərkəzlərinin fəaliyyəti üçün nəzərdə tutulan smeta, Şuranın 50-ci iclasının keçirilmə yeri, tarixi, gündəliyi və digər məsələlərin də toplantıda müzakirəsi nəzərdə tutulur.
Tədbirdə ikitərəfli görüşlərin keçirilməsi, Ukraynanın tarixi və mədəni yerləri və dəmir yolu nəqliyyatı müəssisələri ilə tanışlıq da nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR