Bank Of Baku

Azərbaycanın təkrar mənzil bazarında passivlik iki illik minimuma çatıb

Azərbaycanın təkrar mənzil bazarında passivlik iki illik minimuma çatıb
# 19 noyabr 2008 07:32 (UTC +04:00)
Yeni tikililərin təkrar bazardakı payında isə müvafiq olaraq artım müşahidə olunub. Bu barədə «APA-Economics»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib.
Aparılan araşdırmalara görə, son üç ayda bazarın bu seqmenti üzrə qeydə alınan passivlik son iki ildə ən yüksək həddə çatıb. Bu səbəbdən əmlakın bu növü üzrə ekspozisiya müddəti də 6 gün artaraq 81 gün təşkil edib.
Təkrar bazarda şəhər üzrə mənzillərin qiymət indeksində də ötən aydan fərqli olaraq azalma baş verib. Bazara təqdim olunan «yeni tikililər»in təklif portfelində xüsusi çəkisi yenə də artmaqda davam edir. Bu dəyişiklik ilkin bazarda aktivliyin azalması, paralel olaraq yeni tikililərin təkrar bazara çox sürətlə inteqrasiyası ilə izah olunur.
Uzun illərdir ki, bazarda 2 otaqlı mənzillər üzrə tələb və təklifin digər mənzilləri üstələməsi tendensiyası aradan qalxmaq üzrədir. Oktyabr ayında aparılan araşdırmalar təkrar bazarda da ilkin bazarda olduğu kimi 3 otaqlı mənzillərin ümumi portfeldəki payının (36,8%) 2 otaqlıları (35,8%) üstələdiyini üzə çıxarıb. Yeni tikililərin təkrar bazardakı payının artması rayonlar üzrə təklif portfelində də dəyişikliyə səbəb olub. Oktyabrda təkrar bazarda ümumi təklif portfelinə Yasamal rayonu (23,%) başçılıq edib. İkinci mövqe Nərimanov rayonuna (20,2%) məxsusdur.
Oktyabr ayında sentyabr ayına nisbətən qiymət indeksində 8,3 bənd azalma müşahidə edilib. Orta qiymət 2,7% azalaraq 2008-ci il ərzində ən aşağı həddə - yanvarda qeydə alınmış səviyyəyə yaxınlaşıb. Ötən ay orta qiymət 1 626 dollar/kv. metrdən 1 582 dollar/kv. metrə enib.
Ay ərzində təkrar bazarda orta qiymətlərdə Nəsimi, Suraxanı və Qaradağ rayonlarında orta qiymət artımı, digərlərində isə azalma baş verib.
Bazarda mənzillərin 1 kv. m-nin orta qiymətindən (1 626 dollar) aşağı olan mənzillər ümumi portfeldə ən çox paya, yəni 64%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2,39 (azalma 3,6%), hər otağın orta satış qiyməti 56 699 dollar (artım 2,8%), mənzilin orta qiyməti isə 135 510 dollar (azalma 0,9%) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR