Bank Of Baku

Azərbaycan hökuməti avtomobil yollarının modernləşdirilməsinin multitranş maliyyələşdirmə layihəsinin III tranşını hazırlayacaq

Azərbaycan hökuməti avtomobil yollarının modernləşdirilməsinin multitranş maliyyələşdirmə layihəsinin III tranşını hazırlayacaq
# 19 noyabr 2008 09:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan hökuməti ölkənin avtomobil yolları sistemində həyata keçirilən layihələrin multitranş maliyyələşdirmə layihəsinin (Multitranche Financing Facility – MFF) üçüncü tranşını hazırlayacaq.
Asiya İnkişaf Bankının (AİB) Bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, növbəti tranş Azərbaycan hökuməti tərəfindən artıq 2009-cu ildə Gəncə-Qazax şərq-qərb magistralının modernləşdirilməsinin maliyyələşdirilməsinin təsdiqlənməsi məqsədi ilə hazırlanacaq.
Bundan başqa, MFF çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən 2008-2009-cu illərdə 60 km-lik Bakı-Samur avtomobil yolunun maliyyələşdirilməsinə 100 mln. ABŞ dolları məbləğində vəsaitin ayrılması gözlənilir.
Qeyd edək ki, artıq AİB-in Direktorlar Şurası Gəncə dairəvi avtomobil yolunun tikintisinin maliyyələşdirilməsinə dair ikinci tranşı təsdiqləyib. Bu layihənin icrası üçün 55,4 mln. dollar məbləğində kreditin ayrılması gözlənilir. Dairəvi yolun tikintisi isə ümumilikdə 73,9 mln. dollar məbləğində qiymətləndirilir. Çatmayan 18,5 mln. dolları Azərbaycan hökuməti ayıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR