Bank Of Baku

Azərbaycan paytaxtında kommersiya daşınmaz əmlakının orta satış və icarə qiymətləri oktyabrda təxminən 3% düşüb

Azərbaycan paytaxtında kommersiya daşınmaz əmlakının orta satış və icarə qiymətləri oktyabrda təxminən 3% düşüb
# 19 noyabr 2008 11:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Oktyabr ayında Bakı şəhərində kommersiya məqsədi ilə istifadə edilən daşınmaz əmlakın orta satış qiymətində 2,8%, icarə qiymətində isə 2,7% azalma qeydə alınıb. Bu barədə «APA-Economics»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib.
Ay ərzində paytaxt üzrə 1 kv. metr qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) sentyabrda qeydə alınan 3 661 ABŞ dollarından 3 559 dollara qədər azalıb. Aparılan araşdırmalara əsasən, qiymət azalması ötən rüblə müqayisədə 1,6% təşkil edib. İlin əvvəli ilə müqayisədə isə qiymətlər 28,5% artıb.
Qiymətlərin zonalar üzrə təhlilinin nəticələrinə görə, yalnız II zonada cüzi qiymət artımının baş verdiyi, digər üç zonada isə qiymətin azalması müşahidə edilib.
Oktyabrda bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı 5,7% azalıb. Qiymət azalması ilə yanaşı, bazarda bağlanan əqdlərin sayında da bir ay əvvəl ilə müqayisədə azalma (5,2%) müşahidə olunub. Daşınmaz əmlakla aparılan əməliyyatlar üzrə ekspozisiya müddətinin artım tempi 4,1% təşkil edib. Buna müvafiq olaraq, bazarda ekspozisiya müddətinin artımı risk dərəcəsini də yüksəldib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR