Bank Of Baku

Bakıda keçiriləcək Yubiley Konfransda TRACECA-nın yeni inkişaf proqramı təqdim ediləcək

Bakıda keçiriləcək Yubiley Konfransda TRACECA-nın yeni inkişaf proqramı təqdim ediləcək
# 20 noyabr 2008 08:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dekabrın 4-də Bakıda TRACECA Hökumətlərarası Komissiyasının Yubiley Konfransı keçiriləcək. Bu barədə «APA-Economics»ə TRACECA Azərbaycan Milli Katibliyinin rəhbəri Akif Mustafayev məlumat verib.
Bundan bir gün əvvəl – dekabrın 3-də isə TRACECA-nın milli katibləri və ekspertləri görüşəcəklər. Görüşdə konfransın gündəliyinin son variantı müzakirə olunacaq.
«Üzv ölkələrin nəqliyyat nazirlərinin iştirak edəcəyi konfransda TRACECA-da mövcud vəziyyət və perspektivlər müzakirə olunacaq. Konfransda Avropa Komissiyası və tərəflər TRACECA-nın yeni inkişaf proqramını təqdim edəcəklər», - deyə A.Mustafayev vurğulayıb.
Konfransda TRACECA-ya maraq göstərən Baltik ölkələri, Rusiya, Polşa, İran, Pakistan, Çin kimi ölkələrdən, həmçinin bir sıra nüfuzlu təşkilatlardan nümayəndələrin iştirakı gözlənilir.
Qeyd edək ki, mərkəzi qərargahı Bakıda yerləşən TRACECA Hökumətlərarası Komissiyası 1998-ci ildə Azərbaycanın təşəbbüsü ilə yaradılıb. Qurumda Avropa və Asiyanın 12 dövləti təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR