Bank Of Baku

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında idxal yüklərinin qalığı 3 dəfə artıb

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında idxal yüklərinin qalığı 3 dəfə artıb
# 20 noyabr 2008 10:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın dəniz nəqliyyatında daşınan yüklərin həcmi 14,3% artaraq 9,7 mln. tona çatıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yüklərin 69,1%-ni neft yükləri, 30,9%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqələr üzrə həyata keçirilib.
Cari ilin ilk 10 ayı ərzində Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 4,5 mln. ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1% az yükləmə-boşaltma işləri yerinə yetirilib. Bu ilin noyabr ayının 1-i vəziyyətinə limanda göndərilmək üçün 31 min ton və ya əvvəlki ilin analoji dövrü ilə müqayisədə 3,1 dəfə çox idxal yüklərinin qalığı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR