Bank Of Baku

Azərbaycan UNESCAP-ın İKT Komitəsinin iclasında iştirak edir

Azərbaycan UNESCAP-ın İKT Komitəsinin iclasında iştirak edir
# 20 noyabr 2008 11:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu gün Banqkoqda (Tailand) BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) İnformasiya və Kommunikasiya Texnologiyaları Komitəsinin I iclası başlayıb. İki gün davam edəcək iclasda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov da iştirak edir.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Asiya və Sakit okean regionunda informasiya texnologiyaları sahəsinin cari vəziyyəti, tətbiqi və inkişafı barədə müzakirələr aparılacaq, məruzələr dinləniləcək. Həmçinin, tərəflər regionda bu sahədə yeni layihələrin həyata keçirilməsinin mümkünlüyü barədə fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, iclasdan əvvəl – noyabrın 18-19-da işçi qrupunun ekspertlərinin iclası keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR