Bank Of Baku

Azərbaycanda İnternet xidmətləri sahəsində ƏDV-nin ləğvi təklif olunur

Azərbaycanda İnternet xidmətləri sahəsində ƏDV-nin ləğvi təklif olunur
# 20 noyabr 2008 13:02 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu gün Bakıda Azərbaycan İnternet Forumunun (AİF) toplantısı keçirilib. Forumdan «APA-Economics»ə verilən məlumata görə, iclasda milli İnternet ünvanların (*.az domenləri) qeydiyyatının tənzimlənməsi, Azərbaycan İnternetinin keyfiyyətinin yaxşılaşdırılması və qiymətlərin endirilməsi sahəsində mövcud vəziyyət müzakirə edilib.
Toplantıda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müzakirəyə təqdim olunan «*.az domenlərinin qeydiyyatı haqqında Əsasnamə»nin layihəsinin «Telekommunikasiya haqqında» qanunun tələblərinə və beynəlxalq normala cavab vermədiyi vurğulanıb. Tədbirdə qeyd edilib ki, layihədə ölkənin İnternet ictimaiyyətinin maraqları nəzər alınmayıb, bu tələblərə cavab verən Qeydiyyat Qurumunun formalaşdırılması nəzərdə tutulmayıb.
Toplantıda *.az domenlərinin qeydiyyatı prosesinin legitimləşdirilməsi, bu sahədə inhisarçılığın aradan qaldırılması, normal rəqabət mühitinin və şəffaflığın təmin olunması üçün Qeydiyyat Qurumunun formalaşması üçün AİF tərəfindən səylərin gücləndirilməsi istiqamətində qərar qəbul edilib.
Tədbirdə İnternetin keyfiyyətinin yaxşılaşdırılması və qiymətlərin endirilməsi ilə bağlı AİF tərəfindən RİTN-ə təqdim olunan təkliflərin gerçəkləşməsi vəziyyəti ilə bağlı da müzakirələr aparılıb. İclasda bildirilib ki, ölkədə son bir neçə ayda İnternet xidmətlərinin qiymətlərində cüzi də olsa, enmə müşahidə olunub. Buna baxmayaraq, qiymətlər hələ də kifayət qədər yüksəkdir. İnternet xidmətlərin qiymətlərinin enməsi isə onun keyfiyyətinin daha da pisləşməsinə gətirib çıxarıb.
Tədbirdə İnternet xidmətləri sahəsində ƏDV-nin ləğvi ilə bağlı ölkə rəhbərliyinə müraciət edilməsi də məqsədəuyğun hesab olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR