Bank Of Baku

Postsovet ölkələrinin ərazisi ilə hərəkət edən sərnişin qatarları gələn ildən yeni qrafikə keçiriləcək

Postsovet ölkələrinin ərazisi ilə hərəkət edən sərnişin qatarları gələn ildən yeni qrafikə keçiriləcək
# 21 noyabr 2008 06:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. MDB və Baltikyanı ölkələr üzrə sərnişin qatarlarının yeni hərəkət qrafiki hazırlanacaq. «APA-Economics»in məlumatına görə, bu barədə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının noyabrın 20-21-də Kiyevdə (Ukrayna) keçirilən 49-cu toplantısında qərar qəbul edilib.
Yeni hərəkət qrafiki 2009-2010-cu illəri əhatə edəcək və bu qrafikə 2009-cu ilin may ayının sonuncu bazar günündən keçiləcək.
Sərnişin qatarlarının yeni hərəkət qrafikinin layihəsi 2009-cu ilin fevral ayının 1-dək hazırlanmalıdır.
Qeyd edək ki, tədbirdə həmçinin 2008-ci il üçün konteynerlərin qabaqcadan siyahıyaalma məlumatları, 2009-cu il üçün beynəlxalq istiqamətdə yük qatarları üzrə tarif siyasəti, beynəlxalq istiqamətdə sərnişin daşıma prosesinin yaxşılaşdırılması tədbirləri, 2008-ci ildə dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmaların nəticələri və s. məsələlər müzakirə edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR