Bank Of Baku

Azərbaycan paytaxtındakı «Xruşşovka» və «Stalinka»lar söküləcək

Azərbaycan paytaxtındakı «Xruşşovka» və «Stalinka»lar söküləcək
# 26 noyabr 2008 11:02 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (DƏDRX) rəisi Arif Qaraşov bildirib.
A.Qaraşovun sözlərinə görə, hazırda Bakıda köhnə binaların sökülməsi və bunların yerində yeni yaşayış binalarının tikintisi prosesi gedir: «Hazırda XIX əsrin sonunda - XX əsrin əvvəlində tikilən yaşayış binaları sökülür, əvəzinə isə yeni binalar inşa olunur. Bu binalar nə qədər tarixi əhəmiyyət kəsb etsə də, istismara yararsız sayılır».
A.Qaraşov onu da qeyd edib ki, ölkə paytaxtında «Xruşşovka», «Stalinka» və bu kimi digər layihəli yaşayış binaları da mərhələlərlə söküləcək: «Sözügedən binalar istismar müddətini başa vurub, lakin istifadəyə yararlıdır. Gələcəkdə həmin binalar mərhələlərlə sökülüb yeni binalar tikiləcək ki, bütün mənzil sakinlərinə kompensasiya ödənilib və ya həmin binada yeni mənzil təqdim olunacaq».
DƏDRX-in rəisi həmçinin bildirib ki, hazırda Bakı əhalisinin 80%-dən çoxunun öz yaşayış sahəsi var ki, digərləri ölkə regionlarından paytaxta gəlib burada kirayə qalır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR