Bank Of Baku

Azərbaycan Avropa Mülki Aviasiya Konfransının Paris toplantısında iştirak edəcək

Azərbaycan Avropa Mülki Aviasiya Konfransının Paris toplantısında iştirak edəcək
# 27 noyabr 2008 06:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) direktoru Arif Məmmədov Avropa Mülki Aviasiya Konfransının (ECAC) dekabrın 4-də Parisdə (Fransa) keçiriləcək konfransında iştirak edəcək. Bu barədə «APA-Economics»ə ADMAA-dan məlumat verilib.
Konfransda ötən dövrdə görülmüş işlər, 2008-ci ildə baş vermiş aviaqəzaların nəticələrinin təhlili və s. hesabatlar dinləniləcək. Həmçinin, ECAC-ın 2010-2012-ci illər üçün Proqramının ilkin layihəsi müzakirə olunacaq.
Qeyd edək ki, A.Məmmədov həmçinin, dekabrın 5-də Mülki Aviasiya baş direktorlarının 131-ci müşavirəsində də iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR