Bank Of Baku

Azərbaycan Dövlət Yol Polisi «Cip» avtomobilinin alınmasına dair tender keçirir

Azərbaycan Dövlət Yol Polisi «Cip» avtomobilinin alınmasına dair tender keçirir
# 27 noyabr 2008 08:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsi yüksək keçicilik qabiliyyətinə malik olan «Cip» avtomobilinin (ağır yol şəraiti üçün nəzərdə tutulan avtomobil) alınmasına dair açıq tender elan edib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər 200 manat məbləğində iştirak haqqı ödəməlidirlər. İddiaçılar sənədlərini gələn ilin yanvar ayının 6-dək, tender təkliflərini isə yanvarın 13-dək təqdim etməlidirlər.
Qeyd edək ki, təkliflər zərflərinin açılma proseduru yanvarın 14-də keçiriləcək.
Əlaqə telefonu: (+994 12) 442-33-36.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR