Bank Of Baku

Azərbaycanda daşınmaz əmlakın qiymətləndirilməsi metodologiyasının təqdimatı keçirilib

Azərbaycanda daşınmaz əmlakın qiymətləndirilməsi metodologiyasının təqdimatı keçirilib
# 27 noyabr 2008 08:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan hökuməti ilə Dünya Bankı arasında imzalanmış kredit sazişi əsasında həyata keçirilən «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» çərçivəsində daşınmaz əmlakın qiymətləndirilməsi metodologiyasının təqdimatı keçirilib. Bu barədə «APA-Economics»ə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (DƏDRX) məlumat verilib.
Litvalı ekspert xanım Albina Aleksiene tərəfindən hazırlanmış hesabatda daşınmaz əmlakın qiymətləndirilməsi üsulları, bu prosesdə nəzərə alınması vacib olan amillər, əmlakın qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübədən irəli gələn məsələlər əksini tapıb. Hesabatda Azərbaycanda daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində mövcud olan vəziyyət də nəzərə alınıb və irəli sürülən tövsiyələr mövcud reallıqla uzlaşdırılıb.
Qeyd edək ki, daşınmaz əmlakın qiymətləndirilməsi metodologiyasının tətbiqi sahəsində təcrübə mübadiləsi məqsədi ilə DƏDRX mütəxəssislərinin Litvaya səfəri planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR