Bank Of Baku

«Mazda» şirkəti 2025-ci ilin ən yaxşı idman avtomobilinin dizaynını hazırlayıb

«Mazda» şirkəti 2025-ci ilin ən yaxşı idman avtomobilinin dizaynını hazırlayıb
# 27 noyabr 2008 10:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaponiyanın «Mazda» avtomobil şirkəti «2025-ci ilin ən yaxşı idman avtomobili» müsabiqəsinin («Design Challenge 2008») qalibi elan olunub.
«APA-Economics»in məlumatına görə, müsabiqənin əsas şərti 2025-ci ilin xarici görünüşü ilə fərqlənən ən yaxşı avtomobilinin hazırlanması olub. Münsiflər heyətinin qərarı ilə bu nominasiyaya «Mazda Kann» avtomobilinin modeli layiq görülüb. «Mazda» şirkətinin dizaynerlərinin fikrincə, bu model gələcəyin ekoloji təmiz avtomobilidir. Həmin model elektrik mühərriklə təchiz ediləcək və yüksək aerodinamikaya malik olacaq. Bunun nəticəsində avtomobilin maksimal sürəti 420 km/saat təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR