Bank Of Baku

«Microsoft Azerbaijan» şirkəti Bakıda «Funksional uyğunluq və innovasiyalar» konfransı keçirəcək

«Microsoft Azerbaijan» şirkəti Bakıda «Funksional uyğunluq və innovasiyalar» konfransı keçirəcək
# 27 noyabr 2008 10:43 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Dekabrın 2-də Bakıda «Microsoft Azerbaijan» şirkəti tərəfindən «Funksional uyğunluq və innovasiyalar» mövzusunda konfrans keçiriləcək.
İKT Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, konfrans azərbaycanlı İT mütəxəssislər üçün təşkil olunacaq. Tədbirdə «Microsoft» şirkətinin Mərkəzi və Şərqi Avropada texnologiyalar üzrə baş direktoru və meneceri Vilfrid Qrommen də iştirak edəcək. Konfrans zamanı verilənlərin inteqrasiyası, virtuallaşdırma, interfeyslər, təhlükəsizlik və s. kimi sahələrdə müxtəlif təchizatçıların proqram və məhsullarının funksional uyğunluğuna aid məsələlər müzakirə olunacaq. Tədbirdə funksional uyğunluq prinsipləri, həmçinin «Open Source Software» ilə əlaqə müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR