Bank Of Baku

Yeni «Porsche Cayenne» avtomobilinin ilk şəkilləri açıqlanıb

Yeni «Porsche Cayenne» avtomobilinin ilk şəkilləri açıqlanıb
# 27 noyabr 2008 11:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniyanın «Porsche» avtomobil şirkətinin yeni «Porsche Cayenne II» modelinin 2010-cu ilin ilk yarısında satışa çıxarmağı nəzərdə tutmasına baxmayaraq, artıq Qərb mətbuatında bu modelin ilk şəkilləri dərc olunub.
«APA-Economics»in məlumatına görə, yeni «Porsche Cayenne» modelinin xarici görünüşü bir qədər təcavüzkar olacaq. Yeni model daha da idmansayağı formada yığılacaq və ağır yol şəraiti üçün o qədər də yararlı olmayacaq. Bu modelin hansı mühərriklə təchiz olunacağı hələ məlum olmasa da, «Porsche Cayenne»in dizel və hibrid mühərriklərlə də təchiz olunacağı istisna edilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR