Bank Of Baku

Azərbaycanda köhnə yaşayış binalarının sökülməsinə dair rəsmi sənəd hazırlanır

Azərbaycanda köhnə yaşayış binalarının sökülməsinə dair rəsmi sənəd hazırlanır
# 28 noyabr 2008 11:16 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəisi Arif Qaraşov bildirib.
A.Qaraşovun sözlərinə görə, bu proses müəyyən bir dövr ərzində həyata keçiriləcək: «Bu proses 5-10 ilin işi deyil və binaların tikintisi mərhələlərlə aparılacaq ki, sonda həmin binalarda yaşayan əhalinin yaşayış səviyyəsi yaxşılaşdırılacaq».
A.Qaraşov onu da qeyd edib ki, ölkə paytaxtında «Xruşşovka», «Stalinka», fransız və s. layihəli yaşayış binaları istismar müddətini bitirib, lakin istifadəyə yararlıdır. Məhz bu səbəbdən binalar mərhələlərlə söküləcək.
Bundan başqa, A.Qaraşov qeyd edib ki, ölkə ərazisində özbaşına və qeyri-qanuni tikililər üzrə mövcud vəziyyət araşdırılır və artıq bu məsələyə dair texniki tapşırıqlar da hazırlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR