Bank Of Baku

Bakı Metropoliteninin «İçərişəhər» stansiyası ilin sonunadək istifadəyə veriləcək

Bakı Metropoliteninin «İçərişəhər» stansiyası ilin sonunadək istifadəyə veriləcək
# 28 noyabr 2008 12:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı Metropoliteninin «İçərişəhər» stansiyası yenidənqurma işlərindən sonra bu ilin dekabr ayının sonunadək istifadəyə veriləcək. Bu barədə «APA-Economics»ə Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov məlumat verib.
E.Muradovun sözlərinə görə, artıq yenidənqurma işləri yekunlaşmaq üzrədir. Stansiyanın yeni piramida şəkilli tavanının dayaqları qurulub və hazırda onun şüşələri yerləşdirilir.
Metropoliten rəsmisi stansiyanın vestibülünün də yeniləşdirildiyini vurğulayıb. Belə ki, stansiyanın daxili dizaynı İçərişəhərin görkəmini əks etdirəcək.
Gələn ilin əvvəlində isə «İçərişəhər» stansiyasının eskalatorları yeniləşdiriləcək. Bunun üçün xaricdən müasir eskalatorlar gətiriləcək.
Xatırladaq ki, 2005-ci ildə «İçərişəhər» stansiyasının (əvvəlki «Bakı Soveti») eskalatorunun qırılması nəticəsində xəsarət alanlar olub.
Qeyd edək ki, «İçərişəhər» stansiyası bu il iyulun 5-dən yenidənqurmaya bağlanması ilə əlaqədar olaraq sərnişinləri qəbul etmir.
Bakı Metropoliteni 1967-ci ildə istismara verilib və hazırda 21 stansiya və 1 depodan ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR