Bank Of Baku

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı pilot layihə həyata keçiriləcək

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı pilot layihə həyata keçiriləcək
# 28 noyabr 2008 12:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) arasında icra olunan «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» çərçivəsində «Abşeron pilot layihəsi» həyata keçiriləcək.
Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (DƏDRX) «APA-Economics»ə verilən məlumata görə, pilot layihəsi çərçivəsində rayonun Xırdalan şəhəri və Novxanı qəsəbəsində daşınmaz əmlakın kadastrının yaradılması (kadastr məlumat bazası) nəzərdə tutulub. Layihənin icrasına artıq bu ilin dekabr ayının əvvəlində başlanılacaq.
DƏDRX-dən həmçinin bildirilib ki, «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» çərçivəsində mərz çəkmə avadanlıqlarının alınması da nəzərdə tutulub və hazırda ABŞ-ın «Trimble» şirkəti ilə bu məsələyə dair danışıqlar aparılır. Bu ilin sonunadək həmin avadanlıqlar alınıb ölkəyə gətiriləcək.
Qeyd edək ki, «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» çərçivəsində həmçinin ölkədə özbaşına və qanunsuz tikililərin araşdırılması, sayının müəyyənləşdirilməsi, ərazilərin dəqiqləşdirilməsi aparılacaq. Artıq buna dair beynəlxalq tender elan olunub. Hazırda layihənin bu komponentinə dair texniki tapşırıq hazırlanır və yaxın vaxtlarda bu tapşırıq təsdiq olunacaq.
Xatırladaq ki, icrasına bir il öncə başlanmış «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» təxminən 4-5 ili əhatə edir. Layihənin icrası məqsədi ilə DB-nın üzvü olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) Azərbaycan hökumətinə 20 il müddətinə 25 mln. ABŞ dolları həcmində kredit ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR