Bank Of Baku

Azərbaycan bu il minik avtomobillərinin idxalını 30% artırıb, onların dəyəri isə 52% artıb

Azərbaycan bu il minik avtomobillərinin idxalını 30% artırıb, onların dəyəri isə 52% artıb
# 28 noyabr 2008 12:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycana 72 306 ədəd minik avtomobili gətirilib ki, bu da 2007-ci ilin müvafiq dövrünün göstəricisindən 29,7% çoxdur. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Ölkəyə gətirilmiş minik avtomobillərinin ümumi dəyəri 2007-ci ilin ilk 10 ayı ilə müqayisədə 51,8% çox olmaqla 539 436,4 min ABŞ dolları təşkil edib. Bu avtomobillərdən 38 308 ədədi yük gömrük bəyannamələri, 33 998 ədədi isə gömrük mədaxil orderləri əsasında rəsmiləşdirilib.
Qeyd edək ki, 2007-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 55 738 ədəd, 2006-cı ilin müvafiq dövründə isə 47 571 minik avtomobili gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR