Bank Of Baku

«Azərpoçt»un Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemində ilk sınaqlar aparılıb

«Azərpoçt»un Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemində ilk sınaqlar aparılıb
# 28 noyabr 2008 13:28 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» Dövlət Müəssisi üçün HP və onun yerli tərəfdaşları olan «Colvir» və «Sinam» şirkətləri tərəfindən qurulan Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin ilk sınaqları uğurlu olub.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, sistemin «pul köçürmələri» modulu çərçivəsində ilk əməliyyatlar «Azərpoçt» DM-nin 1 saylı Poçt Filialının 10 saylı poçt şöbəsində həyata keçirilib. Aşkara çıxmış səhvlər tam aradan qaldırıldıqdan sonra poçt filialının mərkəzi poçt şöbəsi də sistemə qoşulub.
Bundan əlavə, APUS sistemi üzrə kommunal haqların qəbulu əməliyyatları da sınaqdan keçirilib. Nəzərdə tutulmuş formatda APUS və Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi arasında informasiya mübadiləsi normal baş tutub. Ümumilikdə, sistemin tam təhvil verilməsi növbəti ilin sentyabr ayına qədər sona çatdırılacaq.
Xatırladaq ki, bu işlər 2005-ci ilin mayın 24-də imzalanan, oktyabrın 14-dən hüquqi qüvvəyə minən «Maliyyə xidmətlərinin inkişafı Layihəsi» çərçivəsində görülür. Layihənin dəyəri 17,5 mln. ABŞ dollarıdır. Bunun 12,5 mln. dollarını DB Azərbaycana kredit kimi ayırıb, qalan 5 mln. dollar isə Azərbaycan hökumətinin payıdır. Gələn ilin sonuna kimi layihə yekunlaşacaq və bunun nəticəsində «Azərpoçt»un 1200 poçt şöbəsi tam avtomatlaşdırılacaq və poçt şöbələri kredit verilmə əməliyyatı istisna olmaqla, digər bank-maliyyə xidmətləri göstərəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR