Bank Of Baku

Naxçıvanda sərnişindaşıma ilə məşğul olan bütün sürücülər vahid geyim formasından istifadə edəcək

Naxçıvanda sərnişindaşıma ilə məşğul olan bütün sürücülər vahid geyim formasından istifadə edəcək
# 29 noyabr 2008 07:46 (UTC +04:00)
Naxçıvan. C.Qurbanoğlu – APA. Azərbaycanın Naxçıvan Muxtar Respublikasında (NMR) sərnişindaşıma ilə məşğul olan bütün sürücülər vahid geyim formasından istifadə etməli olacaqlar.
APA-nın Naxçıvan bürosunun yerli Dövlət Yol Polisi İdarəsinə (DYP) istinadən verdiyi məlumata görə, ilkin mərhələdə vahid geyim formalarının bütün taksi sürücüləri arasında tətbiqi nəzərdə tutulur. Artıq paytaxtda fəaliyyət göstərən bir qrup taksi sürücüsünə «Naxçıvan Alttrikotaj» ASC-də istehsal olunan, üzərində xüsusi fərqlənmə nişanı olan və sifarişlə tikilən belə geyim formaları təqdim edilib. Sürücülər bu formalardan bütün mövsümlərdə istifadə edə biləcəklər.
Növbəti mərhələdə belə geyim formaları avtobus sürücüləri arasında da tətbiq olunacaq.
DYP-dən vahid geyim formalarının tətbiqinin regionda sərnişindaşıma xidmətinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədi daşıdığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR