Bank Of Baku

Rusiya və Azərbaycan Fövqəladə Hallar nazirlikləri arasında 2009-2011-ci illər üzrə kompleks əməkdaşlıq planı imzalanıb

Rusiya və Azərbaycan Fövqəladə Hallar nazirlikləri arasında 2009-2011-ci illər üzrə kompleks əməkdaşlıq planı imzalanıb
# 29 noyabr 2008 12:04 (UTC +04:00)
APA-nın Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, sənədi Rusiya tərəfdən fövqəladə hallar naziri Sergey Şoyqu, Azərbaycan tərəfdən isə fövqəladə hallar naziri Kəmaləddin Heydərov imzalayıblar.

Rusiya FHN-in Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Yuri Brajnikov 2006-cı ildə yaradılan Azərbaycan FHN-in Rusiya modelini seçdiyini, nazirliyin formalaşmasına Rusiyanın köməklik göstərdiyini bildirib: “Regionda belə bir strukturun yaradılması sevindiricidir. Çünki bu regionda texnogen və fövqəladə risklər mövcuddur”.

Y. Brajnikov deyib ki, imzalanan sənədə əsasən, Rusiya FHN Azərbaycan tərəfinə təkcə təchizat məsələlərində deyil, nazirliyin bundan sonrakı inkişafında da yardım edəcək: “Bura, əsasən, kadr hazırlığı daxildir. Yaxın vaxtlarda Bakıda Mülki Müdafiə Akademiyası yaradılacaq ki, bu prosesdə də rusiyalı mütəxəssislər iştirak edəcəklər”.

O, Azərbaycan FHN-in, əsasən, Rusiya istehsalı olan texnikalar, o cümlədən vertolyot və xilasetmə gəmiləri ilə təchiz olunduğunu diqqətə çatdırıb: “Azərbaycan Rusiyadan çoxfunksiyalı “Be-200” amfibiya təyyarəsi alan ilk ölkədir”.

Y. Brajnikov onu da bildirib ki, tərəflər üçüncü ölkə ərazisində xilasetmə işlərində birgə iştirak məsələsini də müzakirə ediblər.

Bundan başqa, Azərbaycan və Rusiya FHN-lərin Böhranlı Vəziyyətlərdə Milli İdarəetmə mərkəzlərinin fəaliyyətlərinin gələcəkdə əlaqələndirilməsi barədə də razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR