Bank Of Baku

Azərbaycanda daha bir neçə şirkət sürətli poçt xidmətləri göstərmək niyyətindədir

Azərbaycanda daha bir neçə şirkət sürətli poçt xidmətləri göstərmək niyyətindədir
# 01 dekabr 2008 13:28 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi hazırda ölkədə sürətli poçt xidmətləri göstərməsi məqsədilə edilən daha 2-3 şirkətin müraciətinə baxır.
Nazirliyin poçt sektorunun müdiri Novruz Məmmədov «APA-Economics»ə bildirib ki, hazırda respublikada 22 özəl sürətli poçt xidməti göstərən müəssisə fəaliyyət göstərir. Onların təxminən 5-i rayonlarda, 5-i xarici ölkələrə, qalanları isə Bakı və Abşeronda işləyir.
N.Məmmədovun sözlərinə görə, hazırda əsas problemlərdən biri də bu xidmətləri göstərmək istəyənlərin daha çox Bakı və Abşeronda işləmək istəyi ilə bağlıdır. Lisenziya almaq üçün müraciət edən yeni müəssisələr də paytaxtda işləmək niyyətindədir və Azərbaycan şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR