Bank Of Baku

Bu il Azərbaycanda 451 ədəd «Belarus» traktoru istehsal olunub

Bu il Azərbaycanda 451 ədəd «Belarus» traktoru istehsal olunub
# 02 dekabr 2008 07:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Gəncə Avtomobil Zavodunda (GəncAZ) müxtəlif modeldə 451 ədəd «Belarus» markalı traktor istehsal edilib. Bu barədə «APA-Economics»ə GəncAZ-ın direktorunun birinci müavini Kamran Nəzərov məlumat verib.
K.Nəzərovun sözlərinə görə, hesabat dövründə zavodda 70 ədəd «MAZ 642508» tipli yük avtomobili və 6 ədəd traktor qoşqusu istehsal olunub: «Cari ilin ilk 11 ayı ərzində istehsal olunun traktorların 400 ədədi müqavilə əsasında «Aqrolizinq» ASC-yə təhvil verilib. Traktorların digər 51 ədədi isə özəl şirkət və sahibkarlara satılıb».
Bundan başqa, K.Nəzərov qeyd edib ki, bu ilin noyabr ayından etibarən Gəncə Avtomobil Zavodunda 6 ton yük götürmə qabiliyyətinə malik olan üç tərəfdən özüboşaldan traktor qoşqularının istehsalına başlanılıb ki, artıq 6 ədəd bu cür qoşqu hazırlanıb. Ehtiyat hissələrinin bir hissəsi Türkiyədən gətirilir, digər hissələri isə müəssisənin özündə hazırlanır.
Qeyd edək ki, 2007-ci il ərzində GəncAZ-da «Belarus» traktorlarının 6 modeli üzrə 426 traktor yığılıb. Bunların 377-ni «Aqrolizinq» ASC, qalan hissəsini isə özəl şirkət və fiziki şəxslər alıb. Bundan başqa, ötən il 74 ədəd «UAZ» markalı avtomobilin müxtəlif modelləri və 9 ədəd ağır tonnajlı «MAZ» avtomaşını yığılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR