Bank Of Baku

Gələn il daha 4 gəmiyə Azərbaycan bayrağı altında üzməsinə icazə veriləcək

Gələn il daha 4 gəmiyə Azərbaycan bayrağı altında üzməsinə icazə veriləcək
# 15 dekabr 2008 09:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il ərzində Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası (ARDDA) 4 yeni gəmiyə Azərbaycan bayrağı altında üzməsinə icazə verəcək. Bu barədə «APA-Economics»ə ARDDA-nın rəisi Qudrət Qurbanov məlumat verib.
Q.Qurbanovun sözlərinə görə, hazırda Azərbaycan bayrağı altında üzən gəmi və tankerlərin ümumi sayı 1 228 ədəd təşkil edir: «Növbəti il ərzində 4 yeni gəmiyə Azərbaycan bayrağı altında üzməsi üçün icazə verməyi planlaşdırırıq».
ARDDA-nın rəisi onu da qeyd edib ki, Azərbaycan donanmasının yenilənməsi uğurla davam etdirilir və hazırda köhnə gəmi və tankerlər yeniləri ilə əvəz olunur.
Qeyd edək ki, ARDDA 2001-ci ildə dənizçilik sektorunda dövlət siyasətinin tənzimlənməsi məqsədilə təsis edilib. Administrasiya dəniz üzgüçülüyünün təhlükəsizliyinə, gəmilərə yardım, bələdçi xidməti və hidroqrafik xidmətlərin icrasına görə məsuliyyət daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR