Bank Of Baku

Azərbaycan paytaxtı yaxınlığında yeni dəniz limanı inşa edəcək şirkət dekabrın sonunda müəyyənləşəcək

Azərbaycan paytaxtı yaxınlığında yeni dəniz limanı inşa edəcək şirkət dekabrın sonunda müəyyənləşəcək
# 15 dekabr 2008 09:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin dekabr ayının sonunadək Bakı yaxınlığında (Ələt qəsəbəsi) yeni dəniz limanının tikintisini aparacaq şirkət müəyyənləşəcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qudrət Qurbanov bildirib.
Q.Qurbanovun sözlərinə görə, limanın tikintisinə dair elan olunmuş tenderin nəticələri dekabrın sonunda açıqlanacaq ki, həmin tenderdə 4 şirkət arasında seçim aparılacaq.
Qeyd edək ki, Koreyanın «GS Engineering & Construction» şirkəti tərəfindən hazırlanmış layihəyə uyğun olaraq, dəniz limanının Bakıdan Ələtə köçürülməsi üç mərhələdə həyata keçiriləcək. Birinci mərhələ 2008-2011-ci, ikinci mərhələ 2011-2013-cü, üçüncü mərhələ isə 2013-2015-ci illəri əhatə edəcək. Limanda 11 yanalma körpüsü inşa olunacaq ki, bunun da 6-sı birinci mərhələdə, yəni 2008-2011-ci illərdə tikiləcək. Dünya standartlarına cavab verəcək liman artıq 2015-ci ildə 11,6 mln. ton yük qəbul etmək imkanına malik olacaq. Limandan həm quru, həm bərə, həm də konteynerlərin daşınması mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR