Bank Of Baku

Rusiya gələn il üçün gəmilərin Volqa-Don kanalı ilə keçidi üzrə Azərbaycana 20 icazə verib

Rusiya gələn il üçün gəmilərin Volqa-Don kanalı ilə keçidi üzrə Azərbaycana 20 icazə verib
# 15 dekabr 2008 11:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il ərzində Azərbaycan bayrağı altında üzən 10 quru yük gəmisinə Xəzərdən Azov dənizinə (Volqa-Don kanalı ilə), eləcə də əks istiqamətdə Rusiya tərəfindən 20 keçidə icazə verilib. Bu barədə «APA-Economics»ə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qudrət Qurbanov məlumat verib.
Q.Qurbanovun sözlərinə görə, bu il olduğu kimi, Rusiya tərəfindən Azərbaycan bayrağı altında üzən 10 quru yük gəmisinə Volqa-Don kanalı ilə keçid üçün icazə verilib.
Qeyd edək ki, Rusiya 1996-cı ildən Xəzəryanı dövlətlərin gəmilərinin Volqa-Don kanalından keçidlərinə məhdudiyyət qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR