Bank Of Baku

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri: “Bakının baş planı cəmi 30 faiz yerinə yetirilib”

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri: “Bakının baş planı cəmi 30 faiz yerinə yetirilib”
# 15 dekabr 2008 12:02 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. “Bakının regional inkişafı planının hazırlanmasına başlanılıb. Artıq bununla bağlı tender elan olunub, indiyə kimi 24 yerli və xarici təşkilat tenderdə iştirak üçün müraciət edib. Bu sənəd baş plandan da üstün sayılır”. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma şöbəsinin müdiri Allahverdi Əliyev bildirib. Şöbə müdiri Bakının regional inkişaf planının hazırlanmasına iki il vaxt lazım olduğunu deyib. Onun sözlərinə görə, artıq bu məqsədlə 5 milyon dollar vəsaitin ayrılması da nəzərdə tutulub: “Bu vəsait Dünya Bankının Azərbaycanda su xətlərinin çəkilməsinə ayırdığı 200 milyon manatlıq kreditdən yönəldiləcək”.

A. Əliyev Bakının baş planı haqqında da danışıb. Onun sözlərinə görə, Bakının baş planı sonuncu dəfə 1985-ci ildə 20 illik müddətə qəbul edilib: “Həmin baş planda Bakının inkişaf istiqaməti göstərilib. Bəlkə də 2000-ci ildə artıq təzə baş plana ehtiyac vardı. Ancaq 2005-ci ildə məlum oldu ki, 1985-ci ildə qəbul edilən baş plan cəmi 30 faiz yerinə yetirilib. Həmin baş plan indi qüvvədədir. Baş planda nəqliyyat sistemi və digər məsələlərlə bağlı pozulmalar olub. Ötən il daha 9 şəhərin baş planının hazırlanmasına başlanılıb. Şəhərsalma Məcəlləsi qəbul edildikdən sonra şəhərsalma işləri qanunvericiliyinə uyğun aparılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR