Bank Of Baku

«Azercell» şirkəti daha bir xarici operatorla rouminq sazişi bağlayıb

«Azercell» şirkəti daha bir xarici operatorla rouminq sazişi bağlayıb
# 15 dekabr 2008 13:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti beynəlxalq MMS rouminq dairəsini genişləndirib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Azercell» Bosniya və Herseqovinanın «BH Telecom» mobil rabitə şirkəti ilə beynəlxalq MMS xidmətini istifadəyə verib.
İndiyədək «Azercell Telecom» MMC 39 mobil şəbəkə operatoru ilə 35 ölkədə MMS xidmətinə qoşulub.
Qeyd edək ki, «Azercell Telecom» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin 4 mln-a yaxın abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR