Bank Of Baku

Azərbaycandan Türkiyəyə yeni aviareys açılır

Azərbaycandan Türkiyəyə yeni aviareys açılır
# 15 dekabr 2008 13:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin dekabr ayının 23-dən etibarən «Azərbaycan Hava Yolları» QSC (AZAL) Naxçıvan-İstanbul-Naxçıvan marşrutu ilə sərnişin aviareyslərinin icrasına başlayacaq.
AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, uçuşlar «Airbus-319» layneri ilə hər həftənin II və V günləri saat 13:35-də yerinə yetiriləcək. Aviareysə bir biletin qiyməti 196 manat (Naxçıvan-İstanbul) və 302 manat (Naxçıvan-İstanbul-Naxçıvan) təşkil edəcək.
Bundan başqa, AZAL dekabrın 23-dən etibarən Bakı-Naxçıvan-Bakı sərnişin aviareyslərini həftənin II və V günləri «Airbus» təyyarəsi ilə də yerinə yetirəcək. Məhz həmin layner tranzitlə Naxçıvandan İstanbula uçacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR