Bank Of Baku

Bu il Azərbaycanda 105 qum karxanasının fəaliyyəti dayandırılıb

Bu il Azərbaycanda 105 qum karxanasının fəaliyyəti dayandırılıb
# 16 dekabr 2008 11:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu il Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən ölkə ərazisində 105 qum karxanasının fəaliyyəti dayandırılıb. «APA-Economics»in məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.
K.Heydərovun sözlərinə görə, 2008-ci ilin ötən dövrü ərzində nazirliyin müvafiq strukturları tərəfindən 252 müəssisəyə məxsus 272 qum karxanasına baxış keçirilib. Karxanalarda aşkarlanmış nöqsanlar təhlükəsizlik qaydalarının pozulması, eləcə də texniki avadanlıqların tələblərə cavab verməməsi ilə bağlı olub.
Nazir onu da vurğulayıb ki, bu il ərzində ölkənin regionlarında 661, Bakı şəhərində isə 630 tikilidə yoxlama aparılıb. Bu tikintilərdən 80-də nöqsanlar aşkarlandığından işlər dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR