Bank Of Baku

Azərbaycan radioaktiv maddələrlə çirklənmiş çirkab suların təmizlənilməsi üçün Rusiyadan xüsusi qurğu alacaq

Azərbaycan radioaktiv maddələrlə çirklənmiş çirkab suların təmizlənilməsi üçün Rusiyadan xüsusi qurğu alacaq
# 16 dekabr 2008 14:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) arasında radioaktiv maddələrlə çirklənmiş çirkab suların təmizlənilməsi üçün nəzərdə tutulan «Akva-Ekspress» qurğusunun texniki-yardım kimi alınması və «İzotop» xüsusi kombinatında quraşdırılmasına dair razılıq əldə olunub. «APA-Economics»in məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.
Artıq MAQATE tərəfindən istehsalçıya qurğunun hazırlanması üçün sifariş göndərilib. Adıçəkilən qurğunun 2009-cu ilin avqust ayında «İzotop» xüsusi kombinatına təhvil veriləcəyi gözlənilir.
Qeyd edək ki, «Akva-Ekspress» qurğusunu Rusiyanın Dövlət Unitar Müəssisəsi istehsal edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR