Bank Of Baku

Bu il Azərbaycanda tikintidə təhlükəsizlik sahəsində aşkarlanmış nöqsanların aradan qaldırılması üçün 616 rəsmi tapşırıq verilib

Bu il Azərbaycanda tikintidə təhlükəsizlik sahəsində aşkarlanmış nöqsanların aradan qaldırılması üçün 616 rəsmi tapşırıq verilib
# 16 dekabr 2008 14:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin ötən dövrü ərzində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün 616 rəsmi tapşırıq verilib. «APA-Economics»in məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.
K.Heydərovun sözlərinə görə, qüvvədə olan qanunvericiliyə əsaslanaraq, tapşırığın tələblərinə əməl etməyən 281 obyektdə tikinti işlərinin dayandırılması üçün elektrik enerjisi və su təchizatının kəsilməsi barədə aidiyyəti orqanlara müraciət olunub. Nazirliyin hesabat dövründə apardığı araşdırmalar zamanı respublika üzrə tikilməkdə olan 3 429 obyektdən 718-nin layihəsinə ekspert rəyinin olmadığı, habelə Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilmədən 119 binanın faktiki istismar olunduğu aşkarlanıb.
Tikintisi dövlət büdcəsi hesabına maliyyələşdirilən 497, o cümlədən Bakı şəhəri üzrə 129 obyektdə tikinti-quraşdırma işlərinin tikinti norma və qaydalarına uyğun aparılmaması aşkarlanaraq, bu pozuntuların aradan qaldırılmasının təmin edilməsi üçün müvafiq tədbirlər görülüb. Habelə, seysmik davamlılıq baxımından yararlılığının yoxlanılması məqsədilə təqdim edilmiş 3 314 layihədən 2 332-nə müsbət rəy verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR