Bank Of Baku

«Azerfon» şirkəti ölkə ərazisində 20-dək yeni baza stansiyası quraşdırıb

«Azerfon» şirkəti ölkə ərazisində 20-dək yeni baza stansiyası quraşdırıb
# 16 dekabr 2008 14:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) əhatə dairəsi və şəbəkə keyfiyyətinin artırılması məqsədi ilə yeni baza stansiyaları quraşdırıb.
«Nar Mobile»dan «APA-Economics»ə verilən məlumata görə, ölkə ərazisində 19 yeni baza stansiyası fəaliyyətə başlayıb. Yeni stansiyalar Abşeron yarımadası (1), Bakı (9), Sumqayıt (2), Ağsu (2), Ağstafa (1), Göyçay (1), İsmayıllı (1), Cəlilabad (1) və Masallıda (1) quraşdırılıb. Hazırda «Nar Mobile» Azərbaycan ərazisinin 80%-ni şəbəkəsi ilə əhatə edir.
Qeyd edək ki, «Azerfon» MMC-yə ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci ilin dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də başlayıb. Hazırda şirkətin 870 mindən artıq abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR