Bank Of Baku

«Bakcell» şirkəti noyabrda Azərbaycanda 45 yeni baza stansiyası quraşdırıb

«Bakcell» şirkəti noyabrda Azərbaycanda 45 yeni baza stansiyası quraşdırıb
# 17 dekabr 2008 07:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın ikinci mobil rabitə operatoru olan «Bakcell» şirkəti bu ilin noyabr ayı ərzində ölkə üzrə 45 yeni baza stansiyası quraşdırıb.
«Bakcell»dən «APA-Economics»ə verilən məlumata görə, stansiyaların 17-si Bakı və Abşeron yarımadasında, 28-i isə Masallı, Lənkəran, Astara, Qusar, Saatlı, İmişli, Oğuz, Şəki və Qax rayonlarında quraşdırılıb. Bundan başqa, şirkət tərəfindən Bakı-Şamaxı yolunda şəbəkənin keyfiyyətini əhəmiyyətli dərəcədə artırılması istiqamətində iş aparılır.
Qeyd edək ki, «Bakcell» əhatə dairəsini genişləndirərək 2009-cu ildə ölkə ərazisinin 100%-ni əhatə etməyi planlaşdırır. Belə ki, cari ilin avqust-oktyabr ayları ərzində ölkə üzrə 105 yeni stansiya quraşdırılıb.
Xatırladaq ki, «Bakcell» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin 1,2 mln. abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR