Bank Of Baku

İtaliya 6 təkərli avtomobillərin istehsalına hazırlaşır

İtaliya 6 təkərli avtomobillərin istehsalına hazırlaşır
# 17 dekabr 2008 08:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İtaliyanın «Covini» avtomobil şirkəti yeni 6 təkərli unikal modelin istehsalına hazırlaşır.
«APA-Economics»in məlumatına görə, şirkət rəsmiləri bu modelin istehsalı üçün bütün işlərinin tamamlandığını bildirib və qeyd edib ki, artıq yeni «Covini C6W» superkarın istehsalına maliyyə vəsaiti də cəlb olunub. İlk nümunəsi hələ 2004-cü ildə nümayiş olunan bu modelin kütləvi istehsalına artıq gələn ildən etibarən başlanacaq.
Avtomobilin əsas xüsusiyyəti onun 6 təkərli olmasıdır ki, qabaq 4 təkərin diametri 16 düyüm, arxa təkərlərin diametri isə 20 düyüm olacaq. Məhz arxa təkərlər avtomobili hərəkətə gətirəcək. Ümumiyyətlə, mühəndislər 6 təkərli avtomobilin döngələrdə sürətin azaltmamağın mümkünlüyünü bildirirlər. Belə ki, bu cür avtomobillər asfalt yollarda inadla yeriyir. Yeni «Covini C6W» 8 silindirlik 4,2 litr (440 at gücü) həcmində olan «Audi» mühərriki ilə təchiz olunacaq.
Avtomobilin satış qiyməti hələ məlum olmasa da, «Covini» şirkəti ildə 6 ədəd bu cür avtomobil istehsal etməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR