Bank Of Baku

Azərbaycan avtomobil idxalını məhdudlaşdırmayacaq

Azərbaycan avtomobil idxalını məhdudlaşdırmayacaq
# 17 dekabr 2008 11:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycana 70 minə yaxın minik avtomobili gətirilib. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
A.Əliyevin sözlərinə görə, avtomobil idxalında artım var.
DGK sədri növbəti ildə avtomobil idxalına məhdudiyyətlərin qoyulmasının və sərtləşdirmənin olmayacağını vurğulayıb.
Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycana ümumi dəyəri 249 436,4 min ABŞ dolları olan 72 306 ədəd minik avtomobili gətirilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,3% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR