Bank Of Baku

«Azercell» şirkəti Tacikistan və Liberiya operatorları ilə rouminq sazişi imzalayıb

«Azercell» şirkəti Tacikistan və Liberiya operatorları ilə rouminq sazişi imzalayıb
# 18 dekabr 2008 11:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti beynəlxalq rouminq xidməti şəbəkəsini genişləndirib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Azercell» Tacikistanın «Tacom» və Liberiyanın «Camium» operatorları ilə beynəlxalq rouminq sazişi imzalayıb. Bu, Tacikistanla sayca beşinci, Liberiya ilə isə ikinci rouminq müqaviləsidir. Belə ki, hazırda «Azercell» abonentləri Tacikistanın «Babilone Mobile» (CJSC), «Somoncom» (Indigo North), «Megafon» (North est), «Indigo-South» və Liberiyanın «Calcom» operatorlarının xidmətindən yararlanır.
Qeyd edək ki, indiyə kimi «Azercell Telecom» 146 ölkənin mobil rabitə operatoru ilə 368 rouminq sazişi imzalayıb.
Xatırladaq ki, 1996-cı ildən fəaliyyət göstərən «Azercell» şirkətinin hazırda 3,8 mln. abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR