Bank Of Baku

Bağırov körpüsünün yenidən qurulması gələn il başa çatacaq

Bağırov körpüsünün yenidən qurulması gələn il başa çatacaq
# 19 dekabr 2008 09:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı şəhərinin Heydər Əliyev prospektindəki Bağırov körpü kompleksində yenidənqurma işləri 2009-cu ilin birinci yarısında yekunlaşacaq. Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.
P.Mürsəliyevin sözlərinə görə, körpünün altında avtomobillərin hərəkət intensivliyini təmin etmək məqsədi kompleksin sağ və sol tərəflərində hər birinin eni 7,5 metr olan 2 yeni avtomobil tuneli inşa olunur.
Artıq tunellərdən birində işlər yekunlaşmaq üzrədir. Digər tuneldə isə işlərin bir hissəsi həyata keçirilib. Yenidənqurma zamanı körpünün əvvəlki dizaynı saxlanılır.
İşlər başa çatandan sonra hava limanı istiqamətindən gələn avtomobillər körpünün üstünə çıxmaqla Keşlə qəsəbəsinə keçə biləcək.
Yenidənqurma işlərini Türkiyənin «Kolin» şirkəti həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR