Bank Of Baku

Qazaxın İkinci Şıxlı kəndinə içməli su xətti çəkilib

Qazaxın İkinci Şıxlı kəndinə içməli su xətti çəkilib
# 21 dekabr 2008 10:44 (UTC +04:00)
Qazax. Nəzakət Məşədiəliqızı-APA. Qazax rayonunun Gürcüstan və Ermənistanla sərhəddə yerləşən İkinci Şıxlı kəndinə su xətti çəkilib. “Azərsu” ASC əsaslı tikinti idarəsinin rəis müavini Ələsgər Əsgərovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, bu kəndin uzun müddətdir ki, içməli su problemi ilə üzləşdiyini nəzərə alan “Azərsu” ASC tərəfindən Xramcayı yaxınlığında nasosxana binası qurulub, su qəbuledici qurğular inşa olunub. Kəndin ərazisinə 15 kilometr uzunluğunda xətt çəkilib. Rayonun digər ucqar yaşayış məntəqələrinin də suya olan tələbatının ödənilməsi iıə bağlı işlərə başlanılıb.

“Azərsu” ASC 2006-cı ildən başlayaraq, Qazax rayonunda su təchizatının yaxşılaşdırılması üçün Coğaz və Şırşır su mənbələrində 2 su qəduledici qurğu quraşdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR