Bank Of Baku

Sabirabadda Araz çayının üzərində asma körpü tikilir

Sabirabadda Araz çayının üzərində asma körpü tikilir
# 23 dekabr 2008 13:41 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynallı-APA. Sabirabad və Saatlı rayonlarını Araz çayı üzərindən birləşdirən yarımçıq qalmış asma körpüdə tikinti işləri yenidən intensivləşib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon İcra Hakimiyyətinin ictimai əlaqələr şöbəsinin müdiri İlham Əsgərov məlumat verib. Onun sözlərinə görə, ölkə prezidentinin 2005-ci il 14 oktyabr tarixli sərəncamı ilə nəzərdə tutulan tədbirlər planı çərçivəsində Araz çayı üzərində tikintisi yarımçıq qalmış asma körpüdə tikinti işləri bərpa edilib və yaxın bir neçə ay ərzində tamamlanaraq təhvil veriləcək. Qeyd edək ki, Araz çayının üzərində salınacaq asma körpü Sabirabad rayonunun 5, Saatlı rayonunun 2 kəndi ilə avtomobil əlaqəsi yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR