Bank Of Baku

«Iskratel» şirkətinin Azərbaycan nümayəndəliyi bu ay rəsmən fəaliyyətə başlayacaq

«Iskratel» şirkətinin Azərbaycan nümayəndəliyi bu ay rəsmən fəaliyyətə başlayacaq
# 09 fevral 2009 10:07 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Sloveniyanın «Iskratel» İKT şirkəti Azərbaycanda servis mərkəzini açıb. Texniki dəstək və montaj mərkəzi funksiyalarını həyata keçirəcək bu şirkət artıq yerli vergi orqanlarında «Iskratel» MMC kimi qeydiyyata alınıb.
«Iskratel» MMC-dən «APA-Economics»ə verilən məlumata görə, bu ayın sonuna kimi şirkətin Azərbaycan nümayəndəliyinin veb-saytı (www.iskratel.az) üzərində aparılan işlər başa çatacaq və şirkət rəsmən fəaliyyətə başlayacaq. «Iskratel»in Azərbaycanda əsas tərəfdaşı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyidir.
Qeyd edək ki, «Iskratel» şirkəti hazırda dünya üzrə mobil telefoniya və «Surpass» gələcək nəsil telekommunikasiya şəbəkələrinin tərkib elementlərinin işlənib hazırlanması layihələri həyata keçirir.
«Iskratel» şirkəti 1989-cu ildə Sloveniyanın «Iskra Telematika» və Almaniyanın «Siemens A.G.» şirkətlərinin təsisçiliyi ilə yaradılıb. Şirkətin əsas fəaliyyəti gələcəyin informasiya cəmiyyətinin stasionar və mobil telefoniya, konvergent şəbəkələri, yeni nəsil şəbəkələri sahəsində kommunikasiya ehtiyaclarını təmin etmək üçün kompleks həllərin hazırlanmasıdır.
Müəssisənin biznes siyasətinə tərəfdaşlarla əməkdaşlıqla yanaşı texniki dəstək xidmətlərini, o cümlədən şəbəkələrin planlaşdırması, satışdan sonrakı təlim də daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR