Bank Of Baku

«AvtoVAZ» fəaliyyətini bərpa edib

«AvtoVAZ» fəaliyyətini bərpa edib
# 09 fevral 2009 10:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «AvtoVAZ» avtomobil zavodu bu gündən fəaliyyətini bərpa edib.
«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, zavodun əsas tərəfdaşları ilə bununla bağlı razılıq əldə olunub və artıq ehtiyat hissələrinin «AvtoVAZ»a göndərilməsinə başlanılıb. Buna baxmayaraq, «AvtoVAZ» tədarükçülərlə bir sıra problemləri hələ də aradan qaldıra bilməyib.
Hazırda zavodun iş qrafikinin dəyişəcəyi gözlənilir. Belə ki, bundan öncə zavod iki növbədə (hərəsi 6 saat) fəaliyyət göstərəcəyini planlaşdırırdı.
Qeyd edək ki, bu ilin fevralın 5-də «AvtoVAZ» ehtiyat hissələrinin çatışmazlığı ucbatından fəaliyyətini dayandırmışdır. Zavodun 7 tərəfdaşı ödəmələrdən razı olmadığından ehtiyat hissələrinin müəssisəyə göndərilməsinə fasilə verib. Belə ki, «AvtoVAZ» öhdəliklərinin 30%-ni pul, 70%-ni isə veksellərlə ödəyirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR