Bank Of Baku

«AzDataKom» şəbəkəsi ilə göstərilən İnternet xidmətlərinin tarifləri azaldılıb

«AzDataKom» şəbəkəsi ilə göstərilən İnternet xidmətlərinin tarifləri azaldılıb
# 16 fevral 2009 06:36 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «AzDataKom» şəbəkəsi vasitəsi ilə İnternetə yüksək sürətli çıxış üzrə xidmət tarifləri aşağı salınıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, endirim şəbəkənin ADSL avadanlıqları və ayrılmış xətt vasitəsilə göstərdiyi İnternet xidmətləri üzrə aparılıb. «AzDataKom» şəbəkəsi vasitəsi ilə göstərilən ADSL xidmətlərinin qiyməti 256 Kbit/s-dən 6144 Kbit/s-dək kanalların sürətindən asılı olaraq 39-2800 manat təşkil edir. Genişzolaqlı xəttin instalyasiya haqqı isə 10 manatdan 5 manatadək endirilib.
Ayrılmış xətt vasitəsilə göstərilən İnternet xidmətlərinin qiymətləri 128 Kbit/s-dən 6144 Kbit/s-dək kanalların sürətindən asılı olaraq 80-2850 manat, instalyasiya haqqı isə 48 manat təşkil edir.
Qeyd edək ki, «AzDataKom» istənilən dövlət və özəl sektora aid idarə, bank, müəssisə və təşkilatların, hər-hansı ticarət şəbəkəsinin, anbarların və digər biznes strukturları olan iri bir müəssisənin bir-birindən uzaqda yerləşən filiallarının və onların əməkdaşlarının qarşılıqlı əlaqəsinin müəyyən zaman ərzində bir mərkəzdən idarə olunması üçün yüksək sürətli multiservis şəbəkəsinə malikdir. «AzDataKom» VLL, VPLS, VPN, xDSL, QOS xidmətləri göstərir. Bununla yanaşı, «AzDataKom» şəbəkəsinin imkanlarına İnternetə yüksək sürətlə çıxış, İnternet protokol üzərindən səsin ötürülməsi (IP telefoniya), oyunlar və əyləncə, video konfrans rabitəsinin təşkili, distant təhsil, teletibb, axın videosu (IPTV), sorğuya uyğun video (Video on Demand), məlumatın saxlanılması, sifariş xidmətləri, interaktiv xidmətlər, Triple-Play xidmətlərinin göstərilməsi daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR