Bank Of Baku

«Azərsu»ya işıq pulunun ödənilməsində növbəti dəfə güzəşt edilib

«Azərsu»ya işıq pulunun ödənilməsində növbəti dəfə güzəşt edilib
# 16 fevral 2009 12:24 (UTC +04:00)
Qeyd edək ki, «Sumqayıtelektrikşəbəkə» ASC istehlak etdiyi elektrik enerjisinin dəyərinin xeyli hissəsini ödəmədiyinə görə bu gün saat 15:00-dan «Azərsu» SC-nin içməli su təchizatı müəssisələrinin enerji təchizatını dayandıracağı barədə xəbərdarlıq etmişdi. A.Quliyevin sözlərinə görə, «Azərsu» və «Sumqayıtelektrikşəbəkə» rəhbərliyi arasında aparılan danışıqlardan sonra enerji təchizatının dayandırılmaması barədə razılıq əldə olunub. «Razılığa əsasən, «Azərsu» ay ərzində sərf etdiyi enerjinin pulunu tam, qalan borclarını isə hissə-hissə ödəməlidir», - deyə A.Quliyev qeyd edib.
«Sumqayıtelektrikşəbəkə» ASC-nin açıqladığı məlumata görə, elektrik enerjisindən istifadəyə görə «Azərsu» müəssisələrinin 2007-ci il ərzində 12 376,2 min manat, 2008-ci ildə 8 646,65 min manat, 2009-cu il yanvar ayında 510,16 min manat, ümumilikdə isə 1 oktyabr 2002-ci ildən 31 yanvar 2009-cu il tarixə kimi 47,102 mln. manat debitor borcu yaranıb. «Azərsu»nun açıqladığı rəqəmə görə, «Sumqayıtelektrikşəbəkə» ASC-yə 45 mln. manat borcu var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR