Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqliyyat vasitələri ilə daşınmış 13,5 mln. ton yükün 46,2%-i avtomobil, 36%-i boru kəməri (o cümlədən 19,9%-i Bakı-Ceyhan neft kəməri, 2,7%-i Cənubi Qafqaz qaz kəməri ilə), 11,2%-i dəmir yolu, 6,6%-i dəniz nəqliyyatı vasitəsilə həyata keçirilib.
Özəl bölmənin nəqliyyat vasitələri ilə yük daşınması 5,2% artıb, bu bölmənin yük daşınmasında payı 71% təşkil edib.
Nəqliyyat vasitələri ilə ilk ay ərzində 97 mln. sərnişin daşınıb və onların sayı əvvəlki ilin eyni ayı ilə müqayisədə 8,2% artıb. Bu sahədəki fəaliyyətin 80,6%-i qeyri-dövlət bölməsinin payına düşüb, sərnişinlərin 80,7%-i avtomobil, 18,6%-i metro nəqliyyatı ilə daşınıb.
Yük daşınmasının ayrı-ayrı nəqliyyat növləri üzrə strukturu: