Bank Of Baku

Arif Qaraşov: «Bələdiyyələr bəzən hətta dövlət torpaqlarını satırlar»

Arif Qaraşov: «Bələdiyyələr bəzən hətta dövlət torpaqlarını satırlar»
# 20 fevral 2009 11:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan vətəndaşlarına bələdiyyələr tərəfindən 2007-ci il dekabrın 1-dən sonra satılan torpaq sahələrinin dövlət qeydiyyatına alınmayacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəisi Arif Qaraşov məlumat verib.

«Bunlar qeyri-qanuni satılmış torpaqlardır. Bu qanunu pozan şəxslər məsuliyyət daşımalı və bu və ya digər formada öz səhvlərini düzəltməlidir. Günah əhalidə deyil, onları hüquqi cəhətdən maarifləndirməli olan bələdiyyələr və icra hakimiyyətlərindədir», - deyə A.Qaraşov vurğulayıb.

DƏDRX rəisi 2007-ci ilin noyabr ayından sonra bələdiyyələrdən alınmış torpaq sahələrinin rəsmiləşdirilməsi üçün müəyyən hüquqi bazanın yaradılmasını vacib sayır.

A.Qaraşovun sözlərinə görə, bələdiyyələrin çoxu öz ərazilərində olan bütün torpaq sahələrini öz torpaqları kimi qəbul edir və hətta dövlət torpaqlarını belə satırlar.

«Bu dövrdən əvvəl bələdiyyələr tərəfindən qanunvericiliyə uyğun satılmış torpaqların qeydiyyata alınması sahəsində problem yoxdur», - deyə xidmət rəisi əlavə edib.

Qeyd edək ki, bu gün DƏDRX-də Bakı bələdiyyələrinin rəsmilərinin iştirakı ilə hərrac və ya müsabiqəyə çıxarılan bələdiyyə torpağı üzərində bələdiyyənin mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələlərinə dair müşavirə keçirilib. Müşavirədə torpaqların hərrac və müsabiqələr vasitəsi ilə satışı və icarəyə verilməsi qaydaları müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR